"Moskva gözləyir ki, İrəvan KTMT platformasının regional təhlükəsizliyin təmin edilməsi məsələlərində əməkdaşlıq üçün hər cür imkanlar yaratdığını başa düşəcək". 

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə Ermənistanın təşkilatın Xarici İşlər Şurasının iclasında iştirak etməməsini şərh edərkən bildirib. 

"Biz gözləyirik ki, erməni tərəfdaşlarımız və biz müttəfiq olaraq qalırıq, buna baxmayaraq, regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun regional dövlətlər arasında əməkdaşlıq olduğunu və KTMT platforması bunun üçün hər cür imkan yaratdığını anlayacaq”, - Qaluzin bildirib.

Gülayə Mecid