ABŞ-nin Nyu-Meksiko ştatının Ruidoso kəndi ətrafında başlayan və sürətlə yayılan meşə yanğınları səbəbilə bölgədə fövqəladə vəziyyət elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Nyu-Meksiko ştatının qubernatoru Mişel Lujan açıqlama verib.

O, Ruidoso və qonşu yaşayış məntəqələrini əhatə edən yanğın səbəbilə fövqəladə vəziyyət elan etdiklərini və bölgəyə əlavə Milli Qvardiya qoşunları göndərdiklərini bildirib. 

Baş verən yanğınlar səbəbilə bölgədə 7800 insanın evlərini tərk etməsinə səbəb olduğu, həmçinin, yanğınlarda 500-dən çox tikilinin ziyan gördüyü və bir nəfərin öldüyü bildirilib.

Zərifə Nağıyeva