Rusiyanın Tambov vilayətinin Rasskazovski rayonundakı Platonovskaya neft anbarı yanır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, pilotsuz uçuş aparatının hücumu nəticəsində anbarda partlayışlar baş verib və bundan sonra yanğın başlayıb. 

Vilayətin qubernatoru Maksim Eqorov özünün "Telegram" kanalında bildirib ki, nəticələrin aradan qaldırılmasına Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb edilib.

Ağarza Elçinoğlu