Dağıstanda ildırım vurması nəticəsində 37 yaşlı çoban və 50-dən çox qoyun həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Noqay bölgəsində baş verib. Bildirilir ki, kişi tufan zamanı heyvanları otarırmış, bu zaman baş verən təbiət hadisəsi çobanın və  heyvanların ölümünə səbəb olub.