Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Belçikanın Avropa İttifaqı Şurasındakı sədrliyi yayıb.

 ***11:58

Aİ ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər, çünki  Almaniya Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulunu ləngidir. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Aİ diplomatlarına istinadən məlumat yayıb. 

Aİ-nin 27 ölkəsinin rəsmiləri bir aydan çoxdur ki, yeni sanksiyalar paketini müzakirə edir. Yeni tədbirlərə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına qadağa və üçüncü ölkələrdəki törəmə şirkətlər və tərəfdaşlar tərəfindən sanksiyaların pozulmasına görə Aİ operatorlarını məsuliyyətə cəlb etmək planı daxildir.

Bildirilir ki, Almaniyanın tərəddüdü ölkənin Xarici İşlər Nazirliyi ilə kansler ofisi arasında daxili fikir ayrılıqları ilə bağlıdır. Bu səbəbdən də sanksiyalar paketinin qəbulu gecikir. 

Gülayə Mecid