Ukrayna paytaxtı Kiyevdə yaşadığı mənzilin eyvanından SSRİ bayrağı asan şəxs həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı oğlan Sovet İttifaqının rəmzlərini və  eyvandan asdığı SSRİ bayrağını sosial şəbəkə hesabında paylaşıb. Qısa zamanda Kiyev polisi gənci saxlayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Məlumata görə, gənci 5 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Ukraynada SSRİ rəmzləri qadağandır. 

Gülayə Mecid