"Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlamışıq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan litvalı həmkarı Qabrielius Landsberqis ilə birgə mətbuat konfransında deyib.
O, Cənubi Qafqazda sülh, uzunmüddətli sabitlik və qonşularla münasibətlərin normallaşdırılması prosesindən danışıb: "İndi bu prosesin davam etdirilməsini, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təmin etmək çox vacibdir, çünki sərhəddə sülhün bərqərar olması və hər hansı bir münaqişənin qarşısını almaq həyati əhəmiyyət kəsb edir. Ən əsası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Biz Azərbaycana çoxlu konstruktiv təkliflər göndərmişik, əvvəllər təklif etdiyimiz kimi, yaxın bir ay ərzində müqaviləni yekunlaşdırmağa hazırıq. Təəssüf ki, Azərbaycan tərəfdən heç bir cavab yoxdur..."
Ağarza Elçinoğlu