“Vaxtı ilə Azərbaycan cəmiyyəti nəyin ki, buna hazır deyildi əks təbliğatla məşğul idi. Orta və yaşlı nəslin nümayəndələri xatırlayar ki, TV kanallarda, el şənliklərində məhz insesti təbliğ edən mahnılar qoşulurdu, şeirlər bəstələnirdi”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. 

O bildirib ki, insanlar bir növ yaxın qohum evliliyinə vadar edilirdi, təbliğ olunurdu: “Mən qətiyyətlə demək istərdim ki, bəzi hallarda imperativ qadağanedici normalar hər zaman da olmasa müəyyən mənada yerinə düşür. Bu hüquqi sənəddəki sərt addımlar zamanın tələbindən doğur. Bu sənəd Azərbaycanın gələcək genefondunu xilas edəcək sənəddir”.

Anar Kəlbiyev