Ukrayna sərhədçiləri yaşlı qadın geyimində Slovakiya sərhədini qanunsuz keçməyə cəhd edən Odessa sakinini saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Odessa sakini sərhəd bölgəsinə getməmək üçün qoca qiyafəsində olub. Lakin o, təyinat yerinə gedərkən sərhədçilər tərəfindən ifşa edilib. O, etdiyinə görə məhkəmədə cavab verməli olacaq", - məlumatda deyilir.
Ağarza Elçinoğlu