Mingəçevirdə qəfil başlayan güclü külək ağacları maşınların və insanların üzərinə aşırıb. 

"Unikal"ın məlumatına görə, şəhər ərazisində 3 belə hadisə qeydə allnıb.

Aydın Məmmədov küçəsində ağac minik avtomobilinin, küçənin digər hissəsində isə kiçik tutumlu yük maşınının üzərinə aşıb.

Sonuncu hadisə zamanı müxtəlif bədən xəsarətləri alanlar var. Onlar xəstəxanaya çatdırılıblar.

Sənaye Parkının yaxınlığında isə qırılan ağac piyada qadına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. 

Ehtiram Muradov