Ermənistanın müdafiə naziri Suren Papikyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vizlerlə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.