Türkiyədə əkin sahələrində baş verən yanğında həyatını itirənlərin sayı 11-ə yüksəlib, yanğında 78 nəfər zərər çəkib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
***08:55
Türkiyənin Diyarbəkir, Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 10-u ağır olmaqla 44 nəfər isə yaralanıb.
Əraziyə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub.