Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***18:27

Ağdaşda suda batan 6 yaşlı körpənin meyiti tapılıb. 

"Unikal"ın məlumatına görə hadisə, Maşad kəndində qeydə allnıb.

FHN-in xilasetmə qrupu 2018-ci il təvəllüdlü kənd sakini Musayev Adəm İspəndiyar oğlunun meyitini su hövzəsindən çıxararaq aidiyyati üzrə təhvil verib.

*** 09:18

Ağdaşda balıq tutmağa gedən şəxs itkin düşüb.

"Unikal" xəbər verir ki, rayon sakini 2018-ci il təvəllüdlü Adəm Musayev iyunun 20-də Ləki arxında balıq tutmağa gedib və bir daha geri qayıtmayıb.

Araşdırma aparılır.

Ehtiram Muradov