Koreya Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, səfirə Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bağlanması ilə bağlı etiraz edilib.
Rusiya səfirliyi hələlik bu xəbəri şərh etməyib.
Gülayə Mecid