Yaponiya Taktik Raket Silahları Korporasiyasının (KTRV) rəhbərliyinə, “Vega” radiotexnika konserninə, Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə və Rusiyanın digər fiziki şəxslərinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya hökuməti qərar qəbul edib.
Fiziki şəxslər arasında sanksiya siyahısına Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının digər beş üzvü, KTRV-nin rəhbəri Boris Obnosov , Uralvaqonzavodun baş direktoru Aleksandr Potapov və "Soyuz" Təyyarə Mühərrikləri Elmi-Texniki Kompleksinin konstruktoru Mkrtiç Okroyanın adı daxil edilib.
Yaponiya sanksiyalarına məruz qalan şirkətlərin siyahısına əsasən Rusiyanın müdafiə və elmi müəssisələri daxildir. Bundan əlavə, Yaponiya hökuməti Hindistan , Çin , Birləşmiş Ərəb Əmirlikləri , Özbəkistan və Qazaxıstandan olan 11 xarici şirkətə qarşı Rusiyaya əvvəllər tətbiq edilmiş sanksiyalardan yayınmağa kömək etdiyi iddiası ilə sanksiyalar tətbiq edib.
Ağarza Elçinoğlu