Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti antiterror əməliyyatı keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Əməliyyat nəticəsində bir Gürcüstan vətəndaşı terrorçuluq haqqında yalan məlumat vermə faktı ilə bağlı həbs edilib. O, bu il mayın 6-da həbs edilən şəxs Batumi şəhərinin iri ticarət mərkəzlərindən birində partlayıcı qurğunun olması barədə məlumat verib.
"Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi qeyd olunan faktlarla bağlı araşdırmaları aktiv mərhələdə davam etdirir. Hazırda konkret şəxslər müəyyən edilib, barələrində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.
Ağarza Elçinoğlu