Bakıda əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Nəsimi Hüseynova hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nəsimi Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Ergin Qafarov məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu 1988-ci iş təvəllüdlü Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Seymur Əli