Ukrayna prezidenti Volodimir Zelenski Dövlət Təhlükəsizlik Departamentinə yeni rəhbər təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-də Zelenskinin müvafiq fərmanı dərc olunub.

"Aleksey Volodimiroviç Morozov Ukrayna Dövlət Təhlükəsizlik İdarəsinin rəisi təyin edilsin", – fərmanda deyilir.

Qeyd edək ki, açıq mənbələrdə Morozov haqqında məlumat yoxdur.

Ağarza Elçinoğlu