Ləğv olunmuş separatçı "Artsax" rejiminin sonuncu lideri Samvel Şahramanyan dindirilməyə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Müstəntiq onun hansı cinayət prosesi üzrə dindirilməsinə çağırıldığını açıqlamayıb.
Xatırladaq ki, bu gün Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "Artsax" nümayəndəliyinin qapılarını sındırıblar. Şahramanyanın xidməti avtomobili müsadirə edilib.
Ağarza Elçinoğlu
Separatçıların sonuncu lideri Samvel Şahramanyamın xidməti maşını belə müsadirə edildi pic.twitter.com/06NtpyO6XC
— Unikal.az (@UnikalOrgPortal) June 21, 2024