Qubada Cağacıq çayı daşıb, evlərə su dolub

"Unikal"ın məlumatına görə, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib. 

Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.

Xanlar Qaraca