İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etiraz aksiyalarının təşkilatçılığına görə edam cəzasına məhkum edilən iranlı rep ifaçısı Tumac Salihi haqqında verilən edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.
"Unikal" xəbər verir ki, Salihinin vəkili Əmir Rəisiyan "X" sosial media hesabından paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib.
İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.