Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 km şimal-şərqdə olub. Ocaq 98 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.