Salyanda usta yük maşınının altında qalaraq ölüb.
"Unikal" xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil həmin nəqliyyat vastəsinə çırpılıb.
Nəticədə usta yük maşınının altında qalaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.