Yaponiyanın Honsyu adasının sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 357 min nəfər əhalisi olan İvaki şəhərindən (Fukusima prefekturası) 21 km şimal-şərqdə yerləşib.
Zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.