Mingəçevir Su Anbarında batan şəxslərdən birinin meyiti tapılıb.

 "Unikal"ın məlumatına görə, su hövzəsində batan Qax rayon sakini Rövşən Hümbətovun meyiti FHN-nin dalğıc axtarış qrupu tərəfindən tapılaraq sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Digər batan şəxsin axtarışları isə davam edir.

Ehtiram Muradov