Ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib.

Bu barədə "Unikal"a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub.

Həmin hallarla bağlı araşdırma aparılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, "Son zəng" tədbirində Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasova şagirdlərlə birlikdə "oğru aləmi"nə aid mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı.