Xəbər verdiyimiz kimi, bu gün Şabran rayonunda fərdi yaşayış evlərindən birində 1970-ci il təvəllüdlü Hüseynova Gülnarə Şıxkərəm qızı kəsici alətlə qətlə yetirilib, həyat yoldaşı 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
"Unikal"ın məlumatına görə, Gülnarə Hüseynova Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olub.
Cinayət əməlini oğurluq məqsədilə törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu, 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıblar.