Şamaxıda avtomobil yanıb.

"Unikal" xəbər verir ki, hadisə Şamaxı rayon Muğanlı kəndində baş verib.

Hadisə yerinə Şamaxı YMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı 1996-ci il təvəllüdlü Rzayev İsabala Elşən oğluna məxsus Ford markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli