Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 360 m² olan üçmərtəbəli inzibati binanın ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə və 10 ədəd rəf yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 80 m² sahədə əriyib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.