Kəlbəcərdə qəza olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə İstibulaq kəndində qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, ötən gün saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin aşması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölmüş, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli