24.06.2024-cü il tarixində Kür çayının Neftçala rayonunun Bankə qəsəbəsi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

"Unikal" xəbər verir ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.