İyunun 26-da saat 16 radələrin Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.

*** 18:34

İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a bildirilib ki, hadisəni qısqanclıq zəmnində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir

***18:30

Gəncədə bıçaqlanma hadisəsi zamanı yaralananlar 1999-cu il təvəllüdlü Akif Ağalarov və 1959-cu il təvəllüdlü Mahir Quliyevdir.

"Unikal"ın məlumatına görə, hadisə zamanı bir qadın da öldürülüb. 

***17:51

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Tekstini adlanan ərazisində qeydə alınıb. Orta yaşlı kişi və digər şəxs bıçaqlanma diaqnozu ilə xəstəxana yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 

Bıçaqlananların kimliyi dəqiqləşdirilir. 

Tural Əhmədov