İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.
Murad İbrahimli
***
26 iyun, 22:35
Xəbər verdiyimiz kimi, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlu odlu silahla qətlə yetirilib.
"Unikal" xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İ.Allahverdiyevin yaxalanma anını baku.es-ə istinadən təqdim edirik: