Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq hesabına 3935 manat ödətdirməsini bildirib.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Təhmiras Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin 100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Mahmud Həmidli müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.