Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov, Gözəl Mustafayeva və Amal Həsənlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda şahidlərin istirakı məsələsi müzakirə olunub. Sonra təqsirləndirilən  şəxs, hazırda ev dustaqlığında olan Gözəl Mustafayeva ifadə verib: "Mən əvvəllər müəllimə işləmişəm. Memar Əcəmi metrosunun yanında görüşüb  mənə tapşırıqlar verirdilər, hər ay da 400 manat öz ciblərindən əmək haqqı verirdi. Mənə deyirdilər Sizi Təhsil Nazirliyinə köçürdəcəklər. Bir gün getdim banka kredit götürməyə mənə dedilər "sən Təhsil Nazirliyinin işçisi deyilsən, sən kuryersən". Qohumum var idi, 2 balı çatmamışdı Bakıya düşsün, gəldilər 5 min manat pul verdilər ki, işə düzəldim. İnarə xanım məktəb direktoru düzəltmək istəyib, balı çatmırdı, bizim ailəvi tanış idi. Mən bütün işləri Baharla görmüşəm. O deyirdi Ramiz Mehdiyev kirvə düşür bizə, qohumdur. Pulu Təranə xanım verdi mənə, mən də Bahara verdim, sonra zəng etdi ki, mən gələ bilməyəcəm, pulu Amala ver, narahat olma. Sonra İnara xanım gedib həmin məktəbə, guya direktor təyin olunub. Deyiblər sizin bura aidiyyatiniz yoxdur. Ancaq pulunu aldım Rahildən qaytardım. Əslində mən Ramilə deyən işə düzəlmək istəyirdim. Amma Nailə xanım öz qızını düzəltmək üçün Ramilə xanıma pul verdi. O da Müdafiə Sənayesi Nazirliyində işləyir. Sonra Nailə xanımın oğlu gəlib pulu geri aldı. Sevinc xanım Bədən Tərbiyə universitetində müəllimə işləyirdi, işini dəyişmək istəyirdi. Məni Təhsil Nazirliyinin işçisi kimi tanıyırdılar. Rahil mənə heç nə verməyib, ondan pul qopartmaq olardı. 

Məmmədli Günel Məmməd qızının işində Gəncədə məktəb direktoru işləyən Məmməd müəllim zəng elədi. Dedi mənim oğluma, qızıma  kömək eləsinlər. Rahil dedi ki, amma summa böyük olacaq. Məndə bankdan 10 min pul götürüb gətirib verdim  Rahilə. Sonra özü qaytardı hamısını hissə-hissə.

Rahil Nəcəfov: "Mən heç vaxt xanıma işdən pul verməmişəm. Mənə qədər özü bəzi işlərdən pul götürüb.
  
Eminin adamlarına diplom təsdiqi ilə bağlı adam lazım idi, qonşularım idilər. 4 mindən çox ulu mənə çatdırdılar, mən də Rahil müəllimə çatdırdım. 

Cinayət işində olan Aidənin atası Yusubəli isə məni intihar həddinə çatdırmışdı, mən 14-cü mərtəbədən özümü atmaq istəyirdim. O Hitlerin Azərbaycan variantı idi. Diplom təsdiqi ilə bağlı 4 min manatdan çox pul vermişdi.  

Məhkəmə prosesi iyul ayının 18-nə kimi təxirə salınıb. 

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəyib. Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Oruc Söhrab oğlu Əliyev, Rasim Əşrəf oğlu Hüseynov, Xəyalə Akif qızı Məmmədova, Lütviyyə Süleyman qızı Əsgərzadə, Şəfaqət Abdulla qızı Mahmudova, Yeganə Qüdrət qızı Qəhrəmanova, Nəsir Cavanşir oğlu Hüseynov, Qalib Bəhram oğlu Hacıyev, Nigar Oktay qızı Məmmədova, Mərziyyə Allahyar qızı Nəcəfova, Vüsalə Hacı qızı Musayeva, Ülkər Vaqif qızı Neymətova, Pərvanə Hacı qızı Məmmədova, Arif Alim oğlu Əsədov, Şəfa Tiflis oğlu Əliyeva, İradə Nizam qızı Avşarova, Nərman Əzizi oğlu Paşayev, Akif Həmzə oğlu Vəliyev, Esmira Seyfəl qızı Fuad, Bəbir Şərqi oğlu, Asif Xanoğlan oğlu Qədirov və Kamran Şahverən oğlu Kazımov zərərçəkmiş qismində tanınıblar.

Seymur Əli