İyunun 27-də Berlində Ermənistan-Almaniya Milli Assambleyasının dostluq qrupunun üzvləri görüşüblər.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesi və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.
Müzakirədə Sosial Demokratlar fraksiyasından Yohannes Şraps, Karamba Diabi, Xristian Demokratlar fraksiyasından Knut Abraham, Yaşıllar fraksiyasından Tabea Reusner və başqaları iştirak ediblər.