Avropa İttifaqı (Aİ) Ukraynaya yalnız “Avropa yolu” ilə getməyə davam edəcəyi təqdirdə hərbi yardım göstərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Aİ ilə Ukrayna arasında təhlükəsizlik sazişinə dair sənədində deyilir.
“Aİ-nin Ukraynaya qarşı təhlükəsizlik öhdəlikləri Ukrayna Avropa yolunda olduğu müddətdə etibarlıdır. Eyni zamanda, razılaşmaya uyğun olaraq, Kiyev hakimiyyəti Avropa İttifaqının bərabərlik, demokratiya, insan ləyaqəti və azadlığı ehtiva edən dəyərlərinə hörmət etməyi öhdəsinə götürüb. Ukrayna qanunun aliliyinə hörmət etməyə borcludur", - deyə sənədin mətnində bildirilir.