"Dəhlizin yaradılması yolunu tapmaq hər iki ölkənin maraqlarına uyğundur".
"Unikal" xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, Azərbaycan dəmir yoluna üstünlük verir: "Açığını deyim ki, Ermənistan bu variantı alqışlamalıdır, çünki o, sərhədləri açıb, yeni tranzit və ticarət yollarına imkan yaradır".
Amerikalı diplomat Vaşinqtonda Atlantika Şurasının Avrasiya Mərkəzinin təşkil etdiyi onlayn müzakirə zamanı Ermənistan və Azərbaycanın sülh razılaşması əldə edə biləcəyinə nikbin baxdığını bildirib: "Görünür, biz son nöqtəyə yaxınlaşırıq. Onu da demək olar ki, biz bu filmi əvvəllər finiş xəttinə yaxınlaşanda görmüşük, lakin finiş xəttini heç vaxt keçə bilməmişik".
Ötən həftələrdə Tavuş istiqamətində Azərbaycan kəndlərinin qaytarılmasına toxunan Uorlik qeyd edib ki, danışıqlarda bir neçə əsas məqam qalıb: "Demarkasiya asan məsələ kimi görünürdü, çünki tərəflər sovet xəritələrini rəhbər tutaraq sərhədlər məsələsini həll etmək barədə razılığa gəliblər, lakin görünür, bu, çox vaxt aparacaq. Digər problem Azərbaycanla Naxçıvan arasında əlaqə məsələsidir".
Ağarza Elçinoğlu