Dələduzluqda ittiham olunan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
"Unikal" xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və barəsində qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.
Prokurorluğun hökmdən verdiyi kassasiya prosesti isə təmin olunmayıb.
Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.