Aİ liderləri blokda aparıcı mövqelər barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Avropa İttifaqının 27 lideri növbəti beş il üçün alyansın siyasi rəhbərliyi ilə bağlı razılığa gəliblər. Ursula fon der Lyayen Avropa Komissiyasının prezidenti, Antonio Kosta Avropa Şurasının prezidenti, Kaya Kallas isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə olacaq. Sonuncular Şarl Mişel və Josep Borrelli əvəz edəcəklər.
Lyayen və Kallasın namizədliyi hələ yekun deyil və Avropa Parlamentinin təsdiqini tələb edir. Portuqaliyanın keçmiş baş naziri Kosta isə avtomatik olaraq keçmiş həmkarları tərəfindən seçilib. O, daha sonra vəzifəyə keçəcək.
Ağarza Elçinoğlu