Yerin maqnit sahəsində pozulma qeydə alınıb və bu, güclü həddə çatıb.
"Unikal" xəbər verir ki, hazırda Yerin maqnit sahəsində pozulma dərəcəsi G3 səviyyəsinə çatıb.
G3 səviyyəsi o deməkdir ki, Yer kürəsində enerji sistemlərində problemlər ola, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallar və yağ transformatorlarının "yanması" qeydə alına bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada, yüksək tezlikli radio rabitəsində fasilələr də ola bilər.
Xatırladaq ki, mayın əvvəlində 2005-ci ildən bəri Yer kürəsində ən uzun və ən güclü maqnit qasırğası müşahidə olunub ki, bu da mayın 11-nə keçən gecə G5-in ifrat güc səviyyəsinə çatıb.