Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaş formatı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaş formatlı tədbirində və təşkilatın 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət alıb və hazırda iştirakını təsdiqləyib”, - deyə Badalyan bildirib.