ABŞ prezidenti Co Bayden seçkilərdə qalib gəlmək niyyətində olduğunu bildirib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Şimali Karolinada təşviqat kampaniyası çərçivəsində keçirilən mitinqdə bildirib.

O qeyd edib ki, artıq əvvəlki kimi mahir natiqlik qabiliyyətinə malik olmasa da, amma həqiqəti deyir.

"Əvvəlki kimi asan yerimirəm, əvvəlki kimi səlis danışmıram, amma həqiqəti necə deyəcəyimi bilirəm", - deyə Bayden qeyd edib. 

O, əsas siyasi rəqibi Donald Trampı ölkəyə, onun prinsiplərinə və demokratiyasına “əsl təhlükə” adlandırıb.

"Donald Tramp bu millət üçün əsl təhlükədir. O, bizim azadlığımız, demokratiyamız üçün təhlükədir. O, sözün əsl mənasında müdafiə etdiyimiz bütün prinsiplər üçün təhlükədir", - deyə Amerika lideri bildirib.