Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində baş verib. Belə ki, Çaparlı  kənd sakini 1993-cü il təvəllüdlü Kamil Zamanov bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib. Hadisənin kim tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov