Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Enen-Bemon dairəsində keçirilən səsvermənin nəticələrinə görə yenidən Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) deputatı seçilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, "Milli Birlik" partiyası ilkin məlumatlara görə, səslərin 33 faizini toplayıb. Seçki marafonunda ikinci yeri 28,5% səslə solçu Yeni Xalq Cəbhəsi tutub. “Respublika naminə birlikdə” - prezident koalisiyası 22% səs toplayıb.
Le Pen tərəfdarlarını iyulun 7-də keçiriləcək səsvermənin ikinci turunda fəal iştirak etməyə çağırıb.