Kiyevdə Obolon rayonuna Rusiyaya məxsus raketin qalıqlarının düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev şəhər meri Viralio Kliçko məlumat verib.
Raket qalıqları Obolon bölgəsində çoxmərtəbəli binaya ziyan vurub. Kliçko bildirib ki, zədələnmiş evdən 10 sakin təxliyə edilib.
“Hazırda beş zərərçəkən həkimə müraciət edib, onların hamısı stressə qarşı kəskin reaksiya ilə xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə yardım göstərilir”, - deyə Kliçko əlavə edib.