ABŞ və Avropa ölkələrinin vətəndaşları hazırkı dövlət başçılarının siyasəti ilə razılaşmırlar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Rişi Sunak dünyada sabitliyi pozmaq üçün hər şeyi ediblər. Ona görə də öz ölkələrinin vətəndaşları istefa tələb edərək əleyhinə səs verirlər.
Sübut kimi o, hazırkı dövlət başçılarının uğursuzluğa düçar olduğu son halları göstərib. Beləliklə, ABŞ-də keçən həftə keçirilən seçki prosesləri debatlarda Baydenin məğlubiyyəti ilə başa çatıb, Fransada isə Makronun partiyası parlament seçkilərində üçüncü yeri tutaraq məğlub olub.
Volodin əmindir ki, yaxın günlərdə Britaniyada keçiriləcək parlament seçkiləri Sunakın təmsil olunduğu hakim Mühafizəkarlar Partiyasının xeyrinə olmayan nəticələr göstərəcək.
Gülayə Mecid