Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti 2024-cü ilin ilk altı ayında 28,749 milyard dollar artıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" nəşri məlumat yayıb.
Bildirilir ki, ən çox gəlir əldə edən "Eurochem" və SUEK şirkətlərinin keçmiş benefisiarı Andrey Melniçenkodur. 2022-ci ildən Aİ sanksiyalarında adı keçın milyarderin sərvəti 5,76 milyard dollar artaraq 24,6 milyard dollara çatıb.
Qeyd olunur ki, “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potaninin sərvəti ilin əvvəlindən 902 milyon dollar artıb.
Lukoyl”un təsisçisi və eks-prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovun sərvətinin artımı 3,54 milyard dollar təşkil edib. Onun dividend gəliri 177,4 milyard rubl dəyərində qiymətləndirilib.
Bildirilir ki, ümumilikdə BBI reytinqinə 25 Rusiya vətəndaşı daxildir.
Gülayə Mecid