Qırğızıstanda leysan yağışların səbəb olduğu sel nəticəsində azı 12 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama verib.
Açıqlamada ölkənin cənub bölgələri olan Oş və Batkendə güclü yağış səbəbindən daşqınların baş verdiyi və Oş vilayətində sel nəticəsində 9 nəfər, Kara-Kulca rayonunun Cetim-Döbö kəndində isə 3 nəfər öldüyü bildirilib.
Zərifə Nağıyeva