Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə "Unikal"a DİN-dən bildirilib
Onun əlamətləri belədir: Boyu təxminən 164 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.
Hicablı qızın evdən çıxarkən əynində göy rəngli uzun paltar və qara rəngli əl çantası olub.
Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.